45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi – 15 il birlikdədirlər – FOTObackend

45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi – 15 il birlikdədirlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Krouli şəhərindən olan 60 yaşlı Merilin Batticiq və onun 31 yaşlı həyat yoldaşı Uilyam Smit birgə həyatlarının 15-ci ilini və toylarının 12-ci ildönümünü qeyd ediblər.

Editor.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Belə ki, 7 uşaq anası olan Batticiq 2006-cı ildə o vaxt 16 yaşında olan Smitlə tanış olub.

Qadının oğluyla dostluq edən yeniyetmə tez-tez onların evinə gəlirdi.

Cütlüyün sözlərinə görə, hər ikisi ilk günlərdən qarşılıqlı cazibə hiss ediblər, lakin oğlan ictimai qınaqdan qorxaraq, hisslərini etiraf etməkdən çəkinib.

Bunlara baxmayaraq, aralarındakı isti münasibət 2009-cu ilin aprelində evliliklə nəticələnib.

45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi - 15 il birlikdədirlər - FOTOCütlüyün bir çox doğmaları və dostları onlarla əlaqəni kəsib. Qadının 7 uşağından 6-sı ondan üz çevirib və hazırda Batticiq yalnız əri ilə dostluq edən oğluyla danışır. Smit isə bütün ailə üzvləri ilə əlaqəni kəsib.

“Biz cəhənnəmi gördük. Hətta indinin özündə də bizə “quyu qazanlar” var. Məni dəfələrlə pedofil adlandırıblar. İnsanlar bizi rahat buraxmırlar”, – deyə Merilin bildirib.

Lakin bütün çətinliklərə baxmayaraq, onlardan heç biri etdiyi seçimdən peşman deyil.

“Mən bilirdim ki, aramızda xüsusi bir münasibət var. O, mənim arzularımın qadını olub və olmaqdadır”, – deyə Smit etiraf edib.

Hazırda onlar öz sevgi hekayələri barədə film çəkmək üçün pul yığırlar. Merilin və Uilyam insanlara özləri haqqında danışıb, yaş fərqi olan cütlüklərə qarşı münasibəti dəyişmək istəyirlər.

45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi - 15 il birlikdədirlər - FOTO45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi - 15 il birlikdədirlər - FOTO45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi - 15 il birlikdədirlər - FOTO45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi - 15 il birlikdədirlər - FOTO45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi - 15 il birlikdədirlər - FOTO45 yaşlı qadın oğlunun 16 yaşlı sinif yoldaşına aşiq olub ərə getdi - 15 il birlikdədirlər - FOTON