48 saatlıq atəşkəs əldə olundubackend

48 saatlıq atəşkəs əldə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Xarici İşlər Nazirliyi Talibanla müvəqqəti atəşkəs elan edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atəşkəs yaxın 48 saat ərzində qüvvədə qalacaq: “Pakistan hökuməti və Əfqanıstan Taliban rejimi qarşılıqlı razılıq əsasında bu gün yerli vaxtla saat 18:00-dan başlayaraq növbəti 48 saatlıq müvəqqəti atəşkəs barədə razılığa gəliblər”, – Pakistan Xarici İşlər Nazirliyindən bildirilir.

Xatırladaq ki, oktyabrın 15-nə keçən gecə Pakistan qüvvələri ilə Taliban arasında toqquşmalar başlayıb. Bir neçə saat əvvəl Pakistan terrorçuların mövqelərinə hava zərbələri endirib. Bu, Kürrəm Agentliyində nəzarət-buraxılış məntəqələrinin atəşə tutulmasına cavab olub.

//Samir Qurbanov, Editor.az