5-11 yaş arası uşaqlar vaksinasiya olunacaq?backend

5-11 yaş arası uşaqlar vaksinasiya olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd hazırlayan Pfizer şirkəti 5-11 yaş arasında peyvəndin istifadəsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Pfizer 5-11 yaş qrupunda istifadə ediləcək peyvəndin təcili istifadə icazəsi üçün FDA-ya müraciət etdiklərini açıqlayıb. Pfizer və alman ortağı BioNTech hazırladıqları COVİD peyvəndinin 5-11 yaş arası uşaqların virusa qarşı təhlükəsizliyini təmin etdiyini açıqlayıb.

Bu yaş qrupu üçün istifadə ediləcək peyvəndin miqdarı 12 yaş və yuxarı üçün nəzərdə tutulandan az olacaq.

//Gülnarə Abasova, Editor.az