5 gün sonra olanları görəcəksiniz – Sərkisyandan ANONSbackend

5 gün sonra olanları görəcəksiniz – Sərkisyandan ANONS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın 4 kəndi Azərbaycana geri qaytarmaq niyyəti ilə bağlı açıqlamalarına görə Tavuş bölgəsində böyük narazılıq var”.

Editor.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan deyib.

O bildirib ki, “yerli əhali” bu prosesə mane olmağa hazırlaşır.

“Tavuşda torpaqların birtərəfli qaydada verilməsinə qarşı böyük ictimai hərəkat formalaşır. Hazırda onun 5 günə yekunlaşacaq təşkilati işləri gedir. İndi bu barədə ətraflı yazmıram. Çünki hakimiyyət prosesin qarşısını ala bilər”,- Sərkisyan qeyd edib.