“5 mart- Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş ağır atletika idman növü üzrə açıq birincilik keçirilibbackend

“5 mart- Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş ağır atletika idman növü üzrə açıq birincilik keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə elan olunmuş 27 fevral – 05 mart İdman Həftəsi çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Təhsil” RİM-nin Gəncə şəhər 1 nömrəli və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin birgə təşkilatçılığı ilə “5 mart- Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş ağır atletika idman növü üzrə açıq birincilik keçirilmişdir.

Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulamış və şəhərimizdə ağır atletika idman növünün inkişafı üçün belə yarışların keçirilməsinin çox böyük əhəmiyyəti olduğunu qeyd etmişdir.
2005-2006-2007 və 2008-2009-2010 cu il təvəllüdlü idmançıların iştirak etdiyi birincilikdə, ümumilikdə 51 ağır atlet mübarizə aparmışdır. Qalib gələn atletlər müvafiq diplom və medallarla təltif edilmişlər.

Birincilikdə Gəncə idmançıları ilə yanaşı Qazax və Goranboy ağır atletləri də iştirak etmişdir.