50 ildən sonra ABŞ-da UFO toplantısı keçirilibbackend

50 ildən sonra ABŞ-da UFO toplantısı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 50 ildən sonra ilk dəfə olaraq “naməlum hava hadisələri” (UFO) ilə bağlı xalq konqresi keçirilib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Andre Karson verib. O, naməlum “UFO”ların milli təhlükəsizliyə təhdid olduğunu bildirib.

ABŞ Müdafiə Nazirinin Kəşfiyyat və Təhlükəsizlik üzrə müavini Ronald Moultrie və Dəniz Kəşfiyyatı Direktorunun müavini Skot Brayın iştirak etdiyi toplantıda pilotlar və xidmət rəsmiləri tərəfindən 400-ə yaxın naməlum hava hadisəsinin aşkarlandığı açıqlanıb. Hökumətin ötən ilki hesabatında 2004-cü ildən bəri 140-dan çox UFO haqqında məlumatın olduğu bildirilib.

//Nəzərbəy, Editor.az