50 milyon dollarlıq rus qırıcısı vuruldu-Fotolarbackend

50 milyon dollarlıq rus qırıcısı vuruldu-Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri daha bir rus “quşu”nu yerə endiriblər. Növbəti hədəf Rusiyanın ən yeni təyyarələrindən olan Su-30SM qırıcısı olub.

Editor.az bildirir ki, bu barədə Ukrayna müharibəsi müxbiri Andrey Tsaplienko məlumat verib.

O bildirib ki, RF81771 nömrə nişanlı rus qırıcısı Xarkov vilayətində vurulub və bu ərazini bombalayan ən yeni Rusiya təyyarələrindən biri olub.

“Qiyməti 50 milyon dollardır. 2018-ci ildə İrkutsk Aviasiya Zavodu tərəfindən istehsal edilib və Ukrayna sərhədi yaxınlığında, Kursk şəhərində yerləşən 14-cü Qvardiya Qırıcı Aviasiya Alayına verilib. Alayın komandir müavini Sergey Kosik bu ilin martında vurulub”, – jurnalist qeyd edib.

Andrey Tsaplienko bildirib ki, təyyarə ekipajın taleyi barədə heç bir məlumat yoxdur.

 //Samir, Editor.az