Dağıstanda elektrik enerjisinin fövqəladə kəsilməsi səbəbindən 50 minə yaxın insan işıqsız qalıb.
Editor.az bildirir ki, bu barədə Dağıstanın Energetika Nazirliyi məlumat yayıb. Qəzanın səbəbləri məlum deyil. “Respublikanın energetika obyektlərində baş vermiş texnoloji nasazlıq səbəbindən 50 minə yaxın sakin işıqsız qalıb”, – mətbuat xidmətinin Teleqram mesajında deyilir. İndi energetiklər təmir-bərpa işləri aparırlar.
“Enerji təchizatının kütləvi şəkildə kəsilməsinin nəticələrinin aradan qaldırılması Dağıstanın Energetika Nazirliyinin xüsusi nəzarəti altındadır”, – nazirliyin bəyanatında deyilir.
//Samir Qurbanov,Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!