500-ə yaxın əsgər Ukraynadan Polşa hava məkanına daxil olan raketin qalıqlarını axtarırbackend

500-ə yaxın əsgər Ukraynadan Polşa hava məkanına daxil olan raketin qalıqlarını axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 500 hərbçi Ukraynadan Polşa hava məkanına uçan raketin qalıqlarının yerini müəyyən etmək üçün çalışır.

Editor.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dünən Polşanın hava məkanına daxil olan raketin qalıqlarını tapmaq üçün dekabrın 30-da Lublin Voyevodalığında quruda axtarış aparılacaq.

Müdafiə Nazirliyindən verilən məlumata görə, axtarışlarda 480-ə yaxın hərbçi iştirak edəcək.

//Gülnarə Abasova, Editor.az