6-cı sinif şagirdi faciəvi şəkildə öldü – FOTObackend

6-cı sinif şagirdi faciəvi şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Talışlı kəndi ərazisində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olub.