6-cı sinifdə məktəbdən çıxarıldı, 17 yaşında nişanlandı – RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

6-cı sinifdə məktəbdən çıxarıldı, 17 yaşında nişanlandı – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 5 may 2024-cü il tarixdə daxil olmuş məlumatda Xaçmaz rayon sakini 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkil edilməsi öz əksini tapıb.

Editor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva deyib. O bildirib ki, məsələ dərhal nəzarətə götürülüb, Xaçmaz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi məktubla müraciət edilib, işçi qaydada danışıqlar aparılıb.

“Yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi məqsədilə hər iki ailə ilə məsələ ətrafında profilkatik söhbətlər aparılıb, erkən nikahın yaradacağı fəsadlar və hüquqi məsuliyyəti barədə hər iki ailə məlumatlandırılıb. Eyni zamanda, məsələ hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb” – deyə Komitə rəsmisi bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.

Xatırladaq ki, sosial şəbəkə platformalarında Xaçmaz rayon sakini, yetkinlik yaşına çatmayan qızın nişan mərasiminin təşkil edilməsi barədə video yerləşdirilib.

———
09:57

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb.

Milli.Az xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir.

Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur.

Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, həmin məktəblinin 6-cı sinifdən məktəbə gəlmədiyini və iki il gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib. O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı  qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib: “Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S, 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar”.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.