6 yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölübbackend

6 yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya şəhərinin Akşehir rayonunda yaşadıqları binanın 5-ci mərtəbəsindən yıxılan 6 yaşlı qız həyatını itirib.

Əldə edilən məlumata görə, ailəsinin dalğınlığı nəticəsində yaşadıqları evin eyvanına çıxan 6 yaşlı Zeynep Vural 5-ci mərtəbədən yıxılaraq ağır yaralanıb.

Uşağın yıxıldığını görənlər təcili tibi yardıma məlumat verib.
Həkimlər tərəfindən təcili yardımla Akşehir Dövlət Xəstəxanasına aparılan kiçik qızcığazı edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

//Samir Qurbanov, Editor.az