60 əsgər Ukraynaya qarşı döyüşməkdən imtina etdibackend

60 əsgər Ukraynaya qarşı döyüşməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada döyüşmək üçün Belarusa göndərilən 60-a yaxın paraşütçü əsgər üsyan qaldıraraq döyüşməkdən imtina edib.

Editor.az “Hürriyet” ə istinadən xəbər verir ki, Rusiyanın şimalındakı əsas hava qüvvələri qərargahı Pskovdan olan əsgərlər döyüşməkdən imtina etdikdən sonra öz bazalarına qayıdıblar.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgərlərin əmrə tabe olmadığı üçün həbs olunacağı gözlənilir.

Rusiya mətbuatında yayılan xəbər əhali arasında ciddi narazılıqla qarşılanıb. Döyüşmək istəməyən əsgərlər “qorxaq” adlandırılıb.

Rusiyada müxalif dairələr isə bu əsgərlərin Putinin Ukraynanı işğal etməsinə etiraz edən ilk şəxslər olmadığını vurğulayıb. Belə halların çox olduğu bildirilir.

//Editor.az