Sabirabadda 60 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı evin hamamında dəm qazından zəhərlənib və həyatını itirib.
Yaxınları onun meyitini vanna otağında aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.

