2023-cü ilin oktyabrında müharibə başlayandan bəri Qəzza zolağında 600 İsrail əsgəri həlak olub.
Editor.az-ın AFP-ə istinadən verdiyi xəbərə görə, son sutka ərzində 20 yaşlı əsgər Nadava Koen öldürülüb. Onun hansı şəraitdə öldüyü bəlli deyil.
Xatırladaq ki, İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir. İsrailin itkiləri 1,4 min, Fələstinin itkiləri isə 32 mindən çoxdur.
//Editor.az