Sosial mediada yayılan bir şəkil Əfqanıstan xalqının əksəriyyətinin Taliban qüvvələrinin əlindən uzaq yaşamaq üçün gözə ala biləcəyi riskləri bir daha ortaya çıxarıb. Böhranın başlanğıcından bəri paylaşılan ən diqqətəlayiq fotoda Əfqanıstandan qaçmaq istəyən yüzlərlə insanın ABŞ yük təyyarəsinə yerləşdiyi görülür. İlk dəfə ABŞ müdafiə və təhlükəsizlik xəbər saytı “Defence One” tərəfindən yayımlanan fotoşəkildə C-17 Globemaster III-də 640 nəfərə qədər adamın olduğu bildirilir. Bu, indiyə qədər bu tip təyyarələrlə nəql edilən ən çox insan sayıdır.
Editor.az xəbər verir ki, ABŞ müdafiə rəsmiləri qadınlar və uşaqlar da daxil olmaqla bu sərnişinlərin bazar günü Kabuldan Qətərə təhlükəsiz bir şəkildə təxliyə edildiyini bildirib. “Defence One” -a görə, təyyarənin bu qədər sərnişini götürəcəyi gözlənilmirdi. Bazar ertəsi Kabul Hava Limanındakı insanların havaya qalxmağa hazırlaşan təyyarələrə özlərini çatdırmağa çalışdıqları görülüb.
//Gülnarə Abasova, Editor.az

