Türkiyənin Kocaeli vilayətində Kerfez rayonundakı restoranlardan birində şauarma yeyən 648 nəfər qida zəhərlənməsi əlamətləri ilə həkimə müraciət edib. Bu barədə əyalət rəhbərliyi məlumat yayıb.
Zərərçəkənlər ürəkbulanma, qusma və qızdırma hiss ediblər. Sınaq məhsul nümunələrinin Türk Qida Kodeksinin mikrobioloji standartlarına uyğun olmadığını göstərib. Hazırda 646 nəfər evə buraxılıb. İki xəstə həkim nəzarətindədir. Müəssisə bağlanıb. İki sahibkara qarşı cinayət işi açılıb. Onlar həbs olunublar.
//Samir Qurbanov,Editor.az