Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ vətəndaşı ÖLÜ KİMİ qeydə alıb- VİDEObackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ vətəndaşı ÖLÜ KİMİ qeydə alıb- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə 67 qadın sağ olduğu halda ölmüş kimi qeydə alınıb.Rayonun Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva ikinci qrup əlil kimi uzun zamandır pensiya alsa da ötən ilin oktyabrından pensiyası kəsilib.

Editor.az xəbər verir ki, məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi şöbəsinə müraciət etdikdə bildirilib ki, onun adı artıq bu dünyadan köçənlər siyahısındadır.

Vətəndaşın özü və oğlu dəfələrlə digər aiddiyatı qurumlara  müraciət etsə də eyni cavabı alıb.

Maraqlı məqam odur ki, Həmayıl Əliyevanın ölümü yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydə alınıb. Ədliyyə Nazirliyində belə bir məlumat yoxdur.

Ədliyyə Nazirliyinin sözçüsü Aynur Sabitova Spacetv-nin əməkdaşlarına bildirib ki, Əliyeva Həmayıl Məmiş qızı barədə Ədliyyə Nazirliyinin nə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemində nə də əhalinin reyestrində ölümü barədə məlumat yoxdur, o sağdır.

//Gülnarə Abasova, Editor.az