7 yaşlı uşağın ağzından 526 diş çıxarılıbbackend

7 yaşlı uşağın ağzından 526 diş çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir ki, çənəsində şişlik və ağrıdan şikayət edən 7 yaşlı uşağın ağzından 526 diş çıxarılıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Hindistanda baş verib.

Uşağın çənəsindən 200 qram ağırlığında və yüzlərlə miniatür dişin olduğu kütlənin çıxarıldığı açıqlanıb. Çıxarıldıqdan sonra həkimlər dişləri saymaq və yoxlamaq üçün 5 saat vaxt sərf edib: “Çıxardığımız dişlər istiridyədəki mirvarilərə bənzəyirdi”.

Xəstəxanadan verilən açıqlamada uşağın şəxsiyyəti ilə bağlı məlumatlar yer almayıb. Uşaq üç gündən sonra evə buraxılıb. Xəstəxanadan verilən məlumata görə, ölçüləri 1 mm-dən 15 mm-ə qədər olan hər bir dişdə mina ilə örtülmüş və kökə bənzər quruluşa malik tac aşkar edilib. Həkimlər deyib: “Uşaqda digər dişlərin böyüməsində problem olmasa da dişlərinin böyüməsi daimi olaraq təsirlənir və 16 yaşından sonra dişlərinə implant lazımdır”.

Cərrahlar odontoma kimi tanınan zədənin genetik və ya ətraf mühit faktorları ilə bağlı ola biləcəyini bildiriblər. Odontomalar adətən həyatlarının ilk iki onilliyində insanlarda aşkar edilsə də, Milli Biotexnologiya Məlumat Mərkəzinə görə, hər yaşda bu, baş verə bilər.

//Gülnarə Abasova, Editor.az