70 min manatdan çox dələduzluqda təqsirləndirilən universitet müəlliminin şikayəti təmin edilmədibackend

70 min manatdan çox dələduzluqda təqsirləndirilən universitet müəlliminin şikayəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Leyla Əliyevanın barəsində hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az APA-ya istinadən bildirir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, L. Əliyevanın şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, L.Əliyev Azərbaycan Dillər Universitetində, Odlar Yurdu Universitetində ingilis dili müəlliməsi işləyib. Onun sonuncu iş yerinin Odlar Yurdu Universiteti olduğunu bildirilib.

L. Əliyeva tanışlarının etibarından sui-istifadə edərək dələduzluq edib. İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Ümumilikdə zərərçəkənlərə 70 min manatdan çox ziyan dəyib.

L.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L. Əliyeva 5 il azadlıqdan məhrum edilib.