8 erməninin əvəzinə – KÜTLƏVİ MƏZARLIQLAR: “Bu, ölkənin keçmiş rəhbərliyinin insanlığa qarşı daha bir amansız cinayətinin faktıdır”backend

8 erməninin əvəzinə – KÜTLƏVİ MƏZARLIQLAR: “Bu, ölkənin keçmiş rəhbərliyinin insanlığa qarşı daha bir amansız cinayətinin faktıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstisna deyil ki, təhvil verilən 8 erməninin əvəzinə Ermənistan birinci (ikinci) Qarabağ müharibəsində itkin və girov düşən azərbaycanlıların kütləvi məzarlıqlarını Aİ vasitəsilə ölkəmizə təqdim etməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq xatırladıb ki, Ermənistan 30 il ərzində onların girovluğunda azərbaycanlıların olmadığını və kütləvi məzarlıqlar mövzusunun Azərbaycanın dezinformasiyası olduğunu bildirirdi:

“Kütləvi məzarlıqların yerinin “tapılması” Ermənistanın nüfuzuna ciddi zərbə olacaq, bu ölkənin keçmiş rəhbərliyinin insanlığa qarşı daha bir amansız cinayətinin faktıdır”.

//Gülnarə Abasova, Editor.az