“8 kəndin işğaldan azad olunma tarixi də yaxındır”- Millət vəkilibackend

“8 kəndin işğaldan azad olunma tarixi də yaxındır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş münaqişənin tarixinə nəzər yetirsək, həmin dövrdə də Ermənistanın davamlı olaraq ölkəmizə qarşı müxtəlif təxribatlar törətdiyini xatırlamaq olar. Bu cəhdlər sadəcə bu günün cəhdləri deyil”.

Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkili işğal altında olan 8 kəndin də tezliklə geri qaytarılacağına diqqət çəkib:

“Ermənistanın müxtəlif tipli təxribatları və məsuliyyətindən boyun qaçırma cəhdlərinə baxmayaraq Azərbaycan Ordusu öz torpaqlarını tez bir zamanda işğaldan azad etdi. Bu istiqamətdə Azərbaycan öz real addımlarını atdı və müvafiq tədbirləri həyata keçirtdi. Rəsmi Bakı öz məqsədinə çatana qədər öz real addımlarına davam edəcək. Hesab edirəm ki, Prezident İlham Əliyevin gündəmə gətirdiyi 8 kəndin azad olunma tarixi də yaxındır. Ermənistan yaxşı olar ki, ən qısa vaxtda qeyri-şərtsiz torpaqlarımızı  geri qaytarsın. Onsuz da əks təqdirdə biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı geri qaytaracağıq”.

//Gülnarə Abasova, Editor.az