8 Noyabr – Zəfər Gününə həsr olunmuş Gəncə açıq kuboku yarışı keçirilib-FOTOLARbackend

8 Noyabr – Zəfər Gününə həsr olunmuş Gəncə açıq kuboku yarışı keçirilib-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş reqbi-7 üzrə yeniyetmələr arasında Gəncə açıq kuboku yarışı keçirilib.

Editor.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Reqbi Federasiyasının və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər stadionunda baş tutub. Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının İdarə Heyətinin üzvü Həmid Nəsirov, Azərbaycan Reqbi Federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin məsul işçisi, Reqbi Federasiyasının Baş katibi Əlniyaz Mirzəyev, Gənclər və idman Naziriliyinin İdman Şöbəsinin əməkdaşı Pərvin Mehdiyev və Vətən müharibəsi iştirakçıları çıxış edərək, 44 günlük Vətən müharibəsinin ölkəmizin tarixinə bir qəhrəmanlıq dastanı olaraq yazıldığını qeyd etmişlər, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında müzəffər Ordumuzun qələbəsi sayəsində qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını vurğulamışlar və yarışın iştirakçılarına uğurlar arzulamışlar.

2005-2006-cı il təvəllüdlü reqbiçilərin iştirak etdiyi yarışda Gəncə, Sumqayıt, Naftalan, Göygöl və Şəmkir komandaları yarışmışdır. Sonda Sumqayıt komandası 1-ci yerə, Gəncə komandası 2-ci yerə və Şəmkir komandası 3-cü yerə layiq görülmüşlər.

Qaliblər diplomlar və kuboklarla mükafatlandırılıb.

//Editor.az