Afrika qitəsinin cənubunda yerləşən Zimbabvenin şimalında şir və fillərin yaşadığı Matusadona Milli Parkında itən 8 yaşlı uşaq 5 gün sonra tapılıb.
Editor.az xəbər verir ki, bu barədə Maşonaland rəsmiləri məlumat verib.
Təxminən 40 şirə ev sahibliyi edən milli parkda sağ qalmasını vəhşi təbiət biliklərinə və sağ qalmaq bacarığına borclu olan 8 yaşlı uşaq beş gün parkda qaldıqdan sonra park mühafizəçiləri tərəfindən tapılıb. Yabanı meyvələri yeyərək sağ qalan oğlan içməli suya çatmaq üçün çubuqla qurumuş çay yataqlarında kiçik quyular qazıb. Yerli Nyaminyami icması hər gün nağara çalırmış ki, oğlan evinin yolunu tapa bilsin. Beşinci gün mühafizəçilərin maşınının arxasınca qaçan oğlana əvvəlcə diqqət yetirilməyib.
8 yaşlı Tinotenda Pudu geri dönərkən eyni yoldan keçən mühafizəçilər uşağın izi ilə getdikdə tapılıb.
//Gülnarə Abasova, Editor.az

