Oktyabrın 18-də gecə və səhər saatlarında rus işğalçıları Ukrayna ərazisinə ən azı 135 kamikadze pilotsuz uçuş aparatı buraxıblar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb. Hücum təyyarələr, zenitçilər, elektron döyüş bölmələri və mobil atəş qrupları tərəfindən dəf edilib.
“Zenit döyüşləri nəticəsində Rusiyanın Odessa, Sumı, Çerkassı, Kiyev, Jitomir, Kirovoqrad, Çerniqov, Poltava, Xmelnitski, Rivne, Xarkov, Xerson, Volın, Vinnitsa bölgələrində 80 PUA vurub, 2-i yoxa çıxıb, ikisi isə Belarusa uçub”, – məlumatda deyilir. Buna baxmayaraq 12 PUA hələ də Ukrayna hava məkanında qalmaqdadır.
//Samir Qurbanov, Editor.az