83 yaşlı Al Paçino gənc sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb – FOTObackend

83 yaşlı Al Paçino gənc sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Al Paçino gənc sevgilisi Nur Alfallah ilə görüntülənib.

83 yaşlı Al Paçino və 30 yaşlı Nur Alfallah italyan restoranında şam yeməyinə gediblər. Aktyor qara köynək, qısa palto, enli şalvar və çəkmə geyinib. Sənətçinin sevgilisi qara köynək, dəri gödəkçə, dar cins şalvar və çəkmələrlə ictimaiyyət qarşısına çıxıb.

Qeyd edək ki, ötən il iyunun 16-da Al Pacino və Nur Alfallahın oğlu dünyaya gəlib. Bu, Al Paçinonun dördüncü, cütlüyün isə ilk övladıdır. Heç vaxt ailə qurmayan aktyorun aktyorluq müəllimi Yana Terrantdan 34 yaşlı Culiya Mari adlı qızı, aktrisa Beverli D’Anjelodan isə 23 yaşlı Anton Ceyms və Oliviya Rouz adlı əkizləri var.