Lənkəranda yaşayan kənd sakinlərindən biri pensiyasının bir hissəsini Türkiyədə zəlzələdən əziyyət çəkənlərə ianə edib.
Mirzə adlı şəxs yardım üçün 100 manat yollayıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb:
“Mirzə dayının 87 yaşı var. 321 AZN pensiya alır.
Gəlib ki, pensiyamı almışam, Türkiyəyə dəstək üçün 100 manat ianə etmək istəyirəm”.


