9 uşaq acından öldübackend

9 uşaq acından öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzanın Kamal Advan adına xəstəxanada 7 uşaq qidalanmadan dünyasını dəyişib.

Editor.az bu barədə “Əl-Cəzirə”yə istinadən xəbər verir. Səhiyyə Nazirliyinin mesajına görə, daha iki uşaq eyni səbəbdən “Əl-Şifa” xəstəxanasında dünyasını dəyişib

.Kamal Advan adına xəstəxananın baş həkimi Əhməd əl-Kahlut bildirib ki, yanacaq çatışmazlığı səbəbindən səhiyyə müəssisəsi fəaliyyətini dayandırıb. Telekanalın məlumatına görə, fevralın 27-də eyni səbəbdən Qəzza zolağının şimalındakı Cəbaliya şəhərində “Əl-Avda” xəstəxanası da fəaliyyətini dayandırıb.

BMT rəsmiləri bildiriblər ki, Fələstinin HƏMAS-ın İsraillə müharibəsi nəticəsində yaranan humanitar fəlakət anklav əhalisinin dörddə biri üçün aclıq təhlükəsi yaradır. Bundan əvvəl “Axios” nəşri dörd amerikalı rəsmiyə istinadən məlumat vermişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardımın hava yolu ilə çatdırılması imkanlarını araşdırır, çünki malların quru yolu ilə çatdırılması getdikcə çətinləşir.

//Samir Qurbanov, Editor.az