900-dən çox Azərbaycan toponimi erməniləşdirilibbackend

900-dən çox Azərbaycan toponimi erməniləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər Ermənistanda və işğal altında saxladıqları Qarabağda 900-dən çox Azərbaycan toponimini saxta yolla erməniləşdiriblər.

Editor.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, Coğrafi Adlar Komissiyasının sədr müavini akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, erməniləşdirilən toponimlərin siyahısı artıq hazırlanıb:

“Həm Qarabağda, həm də Ermənistanda çox sayda toponimlər erməniləşdirilib. Bu siyahıda Qarabağ üzrə erməniləşdirilən toponimlərin sayı 210-dan çox, Ermənistan üzrə 700-dən çoxdur. Bu siyahı artıq Dilçilik, Tarix və Coğrafiya institutları tərəfindən hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilib”.