“91-lər”dən olan mərhum deputat Zakir Sərdarovdan bəhs edən kitab nəşr edilib-FOTOLARbackend

“91-lər”dən olan mərhum deputat Zakir Sərdarovdan bəhs edən kitab nəşr edilib-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış tarixçi alim, keçmiş millət vəkili, məşhur “91-lər”dən olan Zakir Sərdarovun həyat və fəaliyyətindən bəhs edən “Mənəvi ucalıq yolu” adlı kitab nəşr edilib. Editor. az xəbər verir ki, kitab tanınmış ictimai-siyasi və dövlət xadimi Zakir Sərdarovun 80 illiyinə həsr edilib.

Kitabda Yeni Azərbaycan Partiyasının qurucularından olan, Heydər Əliyevin Müdafiə Komitəsinin üzvü olmuş Z.Sərdarovun həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarına işıq salan bədi publistik oçerklər, ona ithaf olunmuş poema və şeirlə yanaşı, həmkarlarının, dostlarının və doğmalarının xatirələri yer alıb.

Kitabın müəllifi müəllifi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, redaktoru millət vəkili, professor Elman Nəsirovdur.

Qeyd edək ki, SSRİ və Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan Zakir Sərdarov “Əliyevçilik-Azərbaycançılıq”, “Heydər Əliyev erməni mətbuatında”, “Hardasız insanlar” adlı kitabların müəllifidir.

Görkəmli alim Z.Sərdarov bacarıqlı təşkilatçı olmaqla yanaşı, ustad pedaqoq idi. Zəngin elmi-pedoqoji irs qoyan Sərdarov müəllim ləyaqətini həmişə uca tutub.

Zakir Sərdarovu tanıyanlar onun humanist və alicənab insan, prinspial şəxsiyyət olduğunu vurğulayırlar.