Vuçiç: Avropa Rusiya ilə müharibəyə fəal şəkildə hazırlaşırbackend

Vuçiç: Avropa Rusiya ilə müharibəyə fəal şəkildə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa ölkələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır. Belqrad isə olduqca çətin geosiyasi vəziyyətdədir.”

Editor.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib.

Vuçiçin sözlərinə görə, Avropanın Rusiya ilə müharibəyə hazırlığı son dövrlər daha da sürətlənib.

“Mən faktları təhlil etdikcə belə qənaətə gəlirəm ki, Avropa ilə Rusiya arasında müharibə ehtimalı getdikcə daha real görünür”, – deyə Serbiya lideri vurğulayıb.

Prezident bildirib ki, hazırkı beynəlxalq şəraitdə Serbiyanın öz müdafiə qabiliyyətini gücləndirməkdən başqa yolu yoxdur:

“Biz ordumuzu möhkəmləndirməyə davam etməliyik. Özümüzü ağıllı şəkildə silahlandırır və ölkəmizi qorumaq üçün böyük sərmayələr yatırırıq”.

Serbiya lideri bu açıqlamasını Fransanın Baş Qərargah rəisi Fabien Mandonun “Rusiya təhlükəsi” ilə bağlı fikirlərinə istinadən səsləndirib. Mandon yaxın 3-4 il ərzində bu təhlükə fonunda hərbi münaqişənin alovlana biləcəyini istisna etməyib.

// Gülnarə Abasova, Editor.az