Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkənin Rusiya ilə münasibətlərində heç bir problem yoxdur və əməkdaşlığın bütün sahələri uğurla inkişaf edir.
Editor.az xəbər verir ki, O, iki ölkə arasında əməkdaşlığın miqyasını “həqiqətən unikal” adlandırıb: “Strateji tərəfdaşlıq, ölkələrimiz arasında müttəfiqlik münasibətləri – bu, sadəcə bir nitq fiquru və ya siyasi nəzakət deyil; əslində, bu, əməkdaşlığımızın mahiyyətidir. Və biz imzalanmış sənədlərlə bağlı öhdəliklərimizə çox ciddi yanaşırıq”, – deyə Kasım-Jomart Tokayev Kremldə Vladimir Putinlə danışıqlar zamanı bildirib. “Rusiya Federasiyası ilə qarşılıqlı əlaqədə olmadığımız və əməkdaşlıq etmədiyimiz bir sahə yoxdur”, – deyə Qazaxıstan lideri vurğulayıb.
Kasım-Jomart Tokayev Rusiyaya səfərini “bu ilin əsas hadisəsi” adlandırıb və Rusiya tərəfinə “müstəsna qonaqpərvərliyə” görə təşəkkür edib. O, həmçinin Vladimir Putini gələn il “ən yüksək səviyyədə yeni nəsil sənədlər imzalamaq və onların icrasını izləmək və nəzarət etmək” üçün Qazaxıstana dəvət edib. “Təşəkkür edirəm. Qazaxıstana gəlməkdən məmnun olardım, çox şadam”, – deyə Rusiya prezidenti cavab verib.
//Samir Qurbanov, Editor.az

