ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Konqres üzvləri Rusiya ilə iqtisadi və siyasi əməkdaşlıq edən istənilən ölkəyə ciddi sanksiyalar nəzərdə tutan qanun layihəsi üzərində çalışırlar.
ABŞ Prezidenti layihəyə qarşı olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, Rusiya ilə iş aparan bütün dövlətlər sərt cəza tədbirləri ilə üzləşə bilər.
Tramp həmçinin İranla əməkdaşlıq edən ölkələrə qarşı əlavə sanksiyaların tətbiqinə dair təklif irəli sürdüyünü qeyd edib. O bildirib ki, Konqres üzvləri bu təklifi də sənədə daxil edə bilərlər.
// Gülnarə Abasova, Editor.az

