Orban: Avropa müharibəyə doğru gedirbackend

Orban: Avropa müharibəyə doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi müharibəyə doğru irəliləyir və iqtisadiyyatını hərbi vəziyyətə uyğunlaşdırır, lakin Macarıstan bu xəttdən kənar fərqli bir yol seçməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban TASS-a açıqlamasında bildirib.

Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nad ilə görüşü zamanı Orban qeyd edib ki, “Avropanın müharibəyə doğru getdiyini görürük”.

Baş nazirin sözlərinə görə, Aİ rəhbərliyi iqtisadiyyatın militarizasiya olunması və Ukraynaya hərbi dəstəyin davam etdirilməsi yolu ilə bütün səlahiyyətləri öz əlində cəmləməyə çalışır.

Orban bildirib ki, Avropanın planı “1 milyonluq Ukrayna ordusunun saxlanılması və Aİ-nin yeni yeddiillik büdcəsinin 20–25 faizinin Ukraynanın ehtiyaclarına yönəldilməsini” nəzərdə tutur.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius əvvəlki müsahibələrindən birində Rusiyanın 2029-cu ildən əvvəl NATO üzvü olan ölkəyə hücum edə biləcəyini istisna etmədiyini söyləmişdi. O əlavə etmişdi ki, belə bir münaqişənin mümkün vaxtı və hazırlıq səviyyəsi hələ ki “spekulyativ” olaraq qalır.

//Gülnarə Abasova, Editor.az