Ana və qızının cəsədləri anbardakı soyuducudan tapıldıbackend

Ana və qızının cəsədləri anbardakı soyuducudan tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Il Messaggerro-nun aif.ru” saytının məlumatına görə, Avstriyanın İnsbruk şəhərindəki anbardakı soyuducuda 34 yaşlı qadın və onun 10 yaşlı qızının cəsədləri tapılıb.

Məlumatda deyilir: “Cinayətdə iki şübhəli – 55 yaşlı avstriyalı və 53 yaşlı qardaşı həbs edilib”.Xəbər verilir ki, ana və qızı 2024-cü ilin yayında Düsseldorfa səfər etdikdən sonra yoxa çıxıblar.
Müstəntiqlər saxlanılanlardan birinin mərhumla birlikdə işlədiyini və onunla romantik münasibətdə olduğunu müəyyən ediblər.

Cəsədlər artıq müayinə üçün göndərilib və mütəxəssislər qadın və uşağın ölüm səbəbini müəyyən edəcəklər. Kişilər qətldə ittiham olunsalar da, hər ikisi ittihamları rədd ediblər.

//Samir Qurbanov, Editor.az