Monqolustan Rusiya ilə sərhəd keçidlərini bağlayacaq: səbəb?backend

Monqolustan Rusiya ilə sərhəd keçidlərini bağlayacaq: səbəb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 və 26 noyabr tarixlərində Monqolustan Rusiya ilə Transbaykal, Altay Respublikası, Tuva və Buryatiyanın bəzi hissələrindən sərhəd keçidlərini bağlayacaq. Bundan əlavə, Monqolustan Sərhəd Xidmətinin məlumatına görə, Çinə gedən əksər keçidlər bu günlərdə bağlı olacaq.

Buryatiya tərəfindəki Kyaxta yol keçidi və Nauşki dəmir yolu keçidi, Çin sərhədindəki iki keçid də qrafik üzrə işləyəcək. Ulan-Batordakı Çingiz Xan Beynəlxalq Hava Limanı da normal iş saatlarını saxlayacaq.

Qeyd edək ki, Monqolustanda 27 avtomobil, altı dəmir yolu və altı hava keçidi var. Bunlardan 16-sı Rusiya ilə sərhəddədir (səkki avtomobil və iki dəmir yolu keçidi fəaliyyətdədir).

Qeyd edək ki, Monqolustan 21 noyabrda Çingiz xanın anadan olmasının 860 illiyini, 26 noyabrda isə Monqolustan Respublikası Gününü qeyd edəcək.

//Samir Qurbanov, Editor.az