Rusiya Müdafiə Nazirliyinin gündəlik hesabatına görə, Rusiya Qüvvələri Qrupunun “Şərq” bölmələri Zaporojye vilayətindəki Zelenı Qay və Dobropillya kəndlərini ələ keçirib.
Rusiya nazirliyi bölgədəki irəliləyişi barədə sonuncu dəfə 24 noyabrda, Rusiya ordusu Zaporojyedəki Zatışya kəndini ələ keçirəndə məlumat vermişdi. Elə həmin ay Rusiya qoşunları Vesele kəndini və vilayətin Qulyai-Polye rayonunun ikinci ən böyük kəndi olan Uspenovkanı ələ keçirmişdi.
Qeyd edək ki, Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların Ukrayna Silahlı Qüvvələri Donbasda saxladıqları ərazilərdən çəkildikdə dayandırılacağını bildirib.
//Samir Qurbanov, Editor.az

