Xınalıqdan qayıdan əcnəbi yolda köməksiz vəziyyətdə qaldıbackend

Xınalıqdan qayıdan əcnəbi yolda köməksiz vəziyyətdə qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəyə turist kimi gəlmiş Macarıstan vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.

Oxu.Az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan “Hyundai” markalı avtomobillə qalan turistə lazımi köməklik göstəriliblər.

O, təhlükəsiz şəkildə hotelə yerləşdirilib.