Tramp çıxışını montajlamaqda ittiham etdiyi BBC-yə qarşı milyardlarla dollarlıq iddia qaldırıbbackend

Tramp çıxışını montajlamaqda ittiham etdiyi BBC-yə qarşı milyardlarla dollarlıq iddia qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Britaniyanın ictimai yayım şirkəti BBC-yə qarşı məhkəmə iddiası qaldıraraq, ondan ümumilikdə 10 milyard dollar təzminat tələb edib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, iddia Trampın 2021-ci ildə Konqres hadisələri ilə bağlı çıxışının BBC tərəfindən hazırlanan sənədli filmdə kontekstdən çıxarılaraq təqdim edilməsi ilə əlaqədardır. Tramp BBC-ni çıxışını montaj edərək “yanıltıcı və böhtan xarakterli” məzmun yaratmaqda, həmçinin ABŞ-ın əyalət qanunlarını pozmaqda ittiham edir.

Florida ştatının Cənub Bölgə Məhkəməsində qaldırılan iddiada Trampın vəkilləri bildirirlər ki, sənədli filmdə onun çıxışından “Konqresə yürüş” və “sona qədər mübarizə” kimi ifadələr ön plana çəkilib, tərəfdarlarını dinc etiraza çağırdığı hissələr isə məqsədli şəkildə çıxarılıb.

Məhkəməyə təqdim olunan sənədlərə əsasən, Tramp böhtana görə 5 milyard dollar, Florida ştatının ticarət qanunlarının pozulmasına görə isə əlavə 5 milyard dollar olmaqla, ümumilikdə 10 milyard dollar təzminat tələb edir.

Donald Tramp dünən Oval Ofisdə jurnalistlərə açıqlamasında BBC-ni heç vaxt demədiyi sözləri ona aid etməkdə günahlandırıb.

// Gülnarə Abasova, Editor.az