ABŞ-ın tələbi əsasında Bolqarıstanda Rusiya vətəndaşları Oleq Olşanski və Sergey İvin saxlanılıb. Bu barədə Rusiya Federasiyasının Sofiyadakı səfirliyinə istinadən RIA Novosti məlumat yayıb.
Diplomatik nümayəndəliyin açıqlamasına görə, Oleq Olşanski barəsində ABŞ-a ekstradisiya olunması ilə bağlı qərar qəbul edilib. Lakin onun müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verməyi planlaşdırır. Sergey İvinə gəldikdə isə, onun işi üzrə hələlik məhkəmədə mahiyyəti üzrə baxış keçirilməyib.
Məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

