ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyət orqanlarının ABŞ-a 30-50 milyon barel neft köçürəcəyini açıqlayıb.
“Bu neft bazar qiymətinə satılacaq və bu vəsaitlərin Venesuela və ABŞ xalqlarının rifahı üçün istifadə olunmasını təmin etmək üçün ABŞ prezidenti kimi mən tərəfindən nəzarətdə saxlanılacaq!” – deyə Amerika prezidenti “TruthSocial” sosial media platformasında yazıb.
Tramp əlavə edib ki, neft ABŞ anbarlarına gəmi ilə çatdırılacaq və birbaşa ABŞ-da boşaldılacaq.
//Samir Qurbanov, Editor.az

