AZAL-ın Naxçıvana uçan sərnişinlərə qarşı niyə biganədir?-VİDEObackend

AZAL-ın Naxçıvana uçan sərnişinlərə qarşı niyə biganədir?-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Naxçıvan aviareyslərindəki gecikmələr sərnişinləri təngə gətirib. Bu gün səhər saatlarında Bakıdan Naxçıvana həyata keçirilməli olan təxirə salınıb.

Sərnişinlər iddia ediblər ki, Naxçıvandan Bakıya gələndə də eyni problemlə üz-üzə qalıblar. Hətta, 8 saat gözləməli olublar.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-dən bildirildi ki, Bakı-Naxçıvan marşrutu üzrə bu gün saat 11:30-da həyata keçirilməsi planlaşdırılan J2-253 nömrəli reys gecikmə ilə icra olunub və təyyarə saat 15:40-da yola düşüb.

Gecikməyə səbəb əlverişsiz hava şəraiti olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Qeyd edək ki, bu ilk hal deyil. Belə ki,Bakı-Naxçıvan istiqamətində və Naxçıvan- Bakı reysində mütəmadi problemlər yaşamır.Lakin “Azərbaycan Hava Yolları” QSC -nin səlahiyyətli şəxsləri belə yaranmış problemlər bağlı heç bir tədbir görümür.

Xəbər verdiyimiz kimi bir müddət öncə “AZAL”ın Bakı-Naxçıvan reysi ilə uçan sərnişinlərə təyyarədə yer olmadığı üçün hava limanında bir necə saat gözləməli olublar. Sərnişinlər növbəti reyslə yola salınıblar. Belə hadislərlə bağlı sərnişinlər sosial hesablarında şikayətlər yazırlar.(xalq.online)