ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Qəzza Sülh Şurasına 10-dan çox ölkə qoşulmağa razılıq verib: Azərbaycan, BƏƏ, Mərakeş, Belarus, Macarıstan və Kanada Trampın dəvətini qəbul edib.
Qazaxıstan, Özbəkistan və İsrail də Şuraya qoşulmağa hazırdır. Bir neçə başqa ölkə dəvəti qəbul etmək niyyətindədir, lakin hələlik heç bir açıqlama verməyib.
CBS News mənbəyinin məlumatına görə, Sülh Şurasının yaradılması ilə bağlı sazişin imzalanma mərasimi yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumunda baş tuta bilər. Bundan əvvəl Fransanın və Böyük Britaniyanın bundan imtina etməyi planlaşdırılırdı. İlham Əliyev, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Narendra Modi və digərləri də daxil olmaqla, ümumilikdə təxminən 60 dövlət başçısı Trampdan dəvət alıb.
//Samir Qurbanov, Editor.az

