Tanınmış müğənni Çinarə Məlikzadənin 14 fevral tarixində Gəncə Dövlət Filarmoniyasında keçirilən “Mən özüm gedərəm” adlı solo konserti böyük uğurla baş tutub.
Editor.az xəbər verir ki, anşlaqla keçən musiqi gecəsində sənətçi sevilən hitlərini canlı ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Güclü vokal performansı, dinamik səhnə quruluşu və xüsusi hazırlanmış vizual elementlər konsert proqramına xüsusi rəng qatıb. Tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunan gecə əsl musiqi bayramına çevrilib.
Qeyd edək ki, sənətçi daha əvvəl – 14 noyabr tarixində Heydər Əliyev Sarayında da möhtəşəm konsert proqramı ilə çıxış edib. Hazırda isə müğənninin 14 mart tarixində Sumqayıt Kimyaçılar Mədəniyyət Sarayında “GƏL” adlı növbəti konsert proqramı planlaşdırılır.
Bildirilib ki, hər iki konsert proqramı “sold out” olub. 14 mart tarixində baş tutacaq Sumqayıt konsertinin biletləri isə iticket.az saytı üzərindən satışdadır.


