İran ABŞ və İsrailə qarşı cavab zərbələrinin 53-cü mərhələsini həyata keçirib.
Oxu.Az “Al Alam” telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bu mərhələ çərçivəsində 10 hipersəs raketin və pilotsuz uçuş aparatlarının buraxılışı həyata keçirilib, hədəf isə BƏƏ-dəki Əl-Dəfra bazasında yerləşən ABŞ qüvvələri olub.
SEPAH “düşmən təslim olana qədər” ABŞ və İsrailin hədəflərinə, mərkəzlərinə və maraqlarına zərbələr endirməyə davam etmək niyyətində olduğunu bəyan edib.

