ABŞ görüntüləri yaydı, İranda böyük narahatlıq başladı – FOTObackend

ABŞ görüntüləri yaydı, İranda böyük narahatlıq başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı  (CENTCOM) “Epik Qəzəb” əməliyyatı çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirən “Fairchild Republic A-10 Thunderbolt II” hücum təyyarələrinin fotolarını yayımlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Məlumata görə, A-10 təyyarələri uzun müddət havada qalmaq qabiliyyətinə malikdir və zərurət yarandığı halda müxtəlif döyüş missiyalarını yerinə yetirməyə hazırdır.

Bu tip təyyarələr xüsusilə quru qüvvələrinə yaxın hava dəstəyi vermək üçün istifadə olunur.

Təyyarələrin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bildirilir ki, kadrlar İranda böyük narahatlıq yaradıb.