A seriyasında mövsüm bitdi – “Leççe” aşağı liqaya düşdübackend

A seriyasında mövsüm bitdi – “Leççe” aşağı liqaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya A seriyasında 2019/20 mövsümünə yekun vurulub.

Editor.az apasport.az-a istinadla bildirir ki, sonuncu – XXXVIII turun ikinci oyun günündə 5 matç keçirilib.

Son oyun günü yalnız bir məsələyə – A seriyasını tərk edən sonuncu komandanın adına aydınlıq gətirib. “Spal” və “Breşiya”nın ardından “Leççe” də B seriyasına yuvarlanıb.

Öz meydanında “Parma”ya uduzan komanda 18-ci pillədən qurtula bilməyib. “Verona” üzərində qələbə qazanan “Cenoa” güclülər sırasında qalıb.

Digər oyunlarda “Fiorentina” “Spal”la, “Udineze” “Sassuolo” ilə səfər matçında üç xala sevinib. “Bolonya” öz meydanında “Torino” ilə sülhə imza atıb.

Qeyd edək ki, sonuncu turun digər 5 qarşılaşması bir gün əvvəl baş tutub.

İtaliya A seriyası

XXXVIII tur

2 avqust

“Spal” – “Fiorentina” – 1:3
Dalessandro, 39 – Dunkan, 3, Kouame, 89, Pulqar, 90 (pen.)
“Cenoa” – “Verona” – 3:0
Sanabria, 13, 25, Romero, 44
“Leççe” – “Parma” – 3:4
Barak, 40, Messariello, 45, Lapadula, 68 – Lusioni, 11 (avtoqol), Kaprari, 24, Kornelius, 52, İnqles, 66
“Bolonya” – “Torino” – 1:1
Svanberq, 18 – Zaza, 67
“Sassuolo” – “Udineze” – 0:1
Okaka-Çuka, 53