A.Yermak: Rusiyanın iqtisadi çöküşü neft embarqosuna bağlıdırbackend

A.Yermak: Rusiyanın iqtisadi çöküşü neft embarqosuna bağlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak martın 30-da Telegram-da Qərb ölkələrini Rusiya neftindən imtina etməyə çağırıb.

Bu barədə Editor.az “Cordon.com”a istinadən xəbər verir. Yermak vurğulayıb ki, hazırda Ukrayna hakimiyyətinin Rusiyaya qarşı mübarizədə əsas səyləri Qərb tərəfdaşlarını təcili neft embarqosuna, Ukraynaya ağır silahların, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, aviasiya və artilleriyanın verilməsinin zəruriliyinə inandırmağa yönəlib.

“Rusiyanın yaxın gələcəkdə iqtisadi çöküşü neft embarqosuna bağlıdır. Ona görə də Qərb tərəfdaşları bizim qələbəmizlə yanaşı, bunda da maraqlı olduqlarını sözdə deyil, işdə sübut etməlidirlər”, – Yermak bildirib.

Editor.az