AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİbackend

AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

hədə-qorxu gəlməklə təkrar və külli miqdarda rüşvət almasına, habelə Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almalarına, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələrinə, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, E.Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Ə.Zeynallının səs yazısını yayaraq, onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək, onun ailəsindən 20 min manat rüşvət alıb.