“AB-nin büdcəsi tükənib, Ukraynaya dəstək dayanır”-AÇIQLAMAbackend

“AB-nin büdcəsi tükənib, Ukraynaya dəstək dayanır“-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstənilən  müharibədə hərbi vəziyyət uzandıqca tərəflərə dəstək vermək məsələsi getdikcə çətinləşir”.

Bunu Editor.az-a politoloq Sultan Zahidov Avropa Parlamentinin verdiyi məlumatda “Ukraynadakı münaqişə AB-nin büdcəsini tükəndirib.Ukrayna münaqişəsi və inflyasiya uzunmüddətli büdcə ehtiyatlarını tükəndirib, AB-nin böhranlara cavab vermək üçün daha çox vəsaitə ehtiyacı var”,- deyə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə, bir ildən çoxdur davam edən müharibədə Ukrayna təkbaşına Rusiyanın qarşısında tab gətirə bilməyəcəyi üçün Qərbin bir sıra dövlətləri birləşərək rəsmi Kiyevə yardım etmək qərarını verib:

“Bu yardımların başında isə Amerika və Aİ-ni götürə bilərik. Müharibə bir ildən çox davam etdiyi üçün bu yardımları mütəmadi şəkildə həyata keçirmək hər bir ölkə üçün çətinliklər yaradır. Bu yardımları müəyyən borclara girərək dövlət daxilindəki iqtisadi, sosial proqramlara kəsintilər edərək həyata keçirilir. Bu da öz növbəsində həmin ölkə üçün müəyyən problemlər yaradır”.

Politoloqun fikrincə, müasir beynəlxalq münasibətlərdə dövlət üçün ən ali prioritet milli marağın təmin olunmasıdır:

“Qərb dövlətləri belə öz milli maraqlarını qurban verərək Ukraynaya yardım etməkdən imtina edə bilərlər. Son dönəmlərdə Avropa Birliyində iqtisadi böhran vüsət almaqdadır. Xalqın etirazlarının da şahidi oluruq. Açıq-aşkar rəsmi Kiyevə dəstək verən ölkələr bundan imtina etmək  bəyanatlarını səsləndiriblər. Bunlardan biri də Polşadır. Polşanın baş naziri bu yaxınlarda Ukraynanın taxıl ixracına məhdudiyyətlər qoyacaqları ilə bağlı açıqlama verdi. Ona görə ki, Ukrayna quru yollarla taxılı Avropaya ixrac edərək yerli fermerlərin təsərrüfatına ciddi ziyan vurmağa başladı. Bu da xoşagələn hal deyil. Müharibə davam etdikcə həmin ölkələr üçün daha çox problemlər yaranır. Rəsmi Kiyev dəstək ala bilməzsə, müharibəni davam etdirmək də çətinləşəcək. Rusiyada tükəndirmə siyasətini aparır”.

//Safura Bənnayeva, Editor.az